Gürcüstan parlamentində bir fraksiya buraxılıb

Gürcüstan parlamentində bir fraksiya buraxılıb Gürcüstan parlamentinin “Gürcü Arzusu -Mühafizəkarlar” fraksiyası buraxılıb.
Region
25 Noyabr , 2019 17:49
Gürcüstan parlamentində bir fraksiya buraxılıb

Gürcüstan parlamentinin “Gürcü Arzusu -Mühafizəkarlar” fraksiyası buraxılıb.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb fraksiyanın üzvü olan iki deputat - Ruslan HacıyevMuxran Vaxtanqadzenin fraksiyanı tərk etmələridir.

R.Hacıyev “Gürcü Arzusu - Yaşıllar”, M.Vaxtanqadze isə “Gürcü Arzusu” fraksiyasına keçib.

Bundan öncə üç deputat - Zviad Dzdidziquri, Nino Qoquadze və Giqa Bukia “Gürcü Arzusu - Mühafizəkarlar” fraksiyasını tərk ediblər.

Beləliklə, Gürcüstan parlamentində çoxluğu təmsil edən fraksiyaların sayı yeddidən altıya enib.

Son xəbərlər

Orphus sistemi