Gürcüstanda daha 4 etirazçı saxlanılıb - YENİLƏNİB

Gürcüstanda daha 4 etirazçı saxlanılıb - YENİLƏNİB Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20 və 21-də baş vermiş hadisələrlə bağlı daha dörd etirazçı saxlanılıb.
Region
147
15 İyul , 2019 21:08
Gürcüstanda daha 4 etirazçı saxlanılıb - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20 və 21-də baş vermiş hadisələrlə bağlı daha dörd etirazçı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.

Saxlanılan şəxslər kütləvi zorakılıqda iştirak və polis əməkdaşlarına hücum edərək parlament binasına soxulmağa cəhddə təqsirli bilinirlər.

Qeyd edək ki, iyulun 4-də kütləvi zorakılıqda iştirakda təqsirli bilinən dörd etirazçı saxlanılıb.


***20:30

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, sayca 26-cı olan aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Təşkilatçılar DİN rəhbəri istefa verənə qədər aksiyanı davam etdirəcəklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi