Gürcüstan parlamenti Prezidentin illik hesabatla çıxışını təxirə salıb 

Region
  • 04 mart, 2022
  • 10:28
Gürcüstan parlamenti Prezidentin illik hesabatla çıxışını təxirə salıb 
Salome Zurabişvili

Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin sabah qanunverici orqanda illik hesabatla çıxış etməklə bağlı müraciətini təmin etməyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar parlamentin büro iclasında qəbul olunub.

Dövlət başçısına martın 15-də illik hesabat təqdim etmək təklif olunub.

Yerli mətbuatın yazdığına görə, təxirə salınma prezident və hakim komanda arasında yaranmış fikir ayrılıqları ilə bağlıdır. Belə ki, dövlət başçısı və hökumətin Ukraynadakı hadisələrlə bağlı mövqeyi bir-birindən fərqlənir. Hakim Gürcü Arzusu Partiyasının deputatları isə bildiriblər ki, tərəflər arasında heç bir münaqişə yoxdur və təxirə salınma martın 5-də parlamentin iclasının keçirilməyəcəyi ilə əlaqəlidir.

Qeyd edək ki, Gürcüstanın Prezident Administrasiyası S.Zurabişvilinin martın 5-də illik hesabat təqdim edəcəyi barədə bildirişi parlamentə martın 2-də göndərib.