Bu gün Gürcüstan parlamentinə yeni sədr seçiləcək

Bu gün Gürcüstan parlamentinə yeni sədr seçiləcək Bu gün Gürcüstan parlamentinə yeni sədr seçiləcəyi gözlənilir
Region
27 Aprel , 2021 09:26
Bu gün Gürcüstan parlamentinə  yeni sədr seçiləcək

Bu gün Gürcüstan parlamentinə yeni sədr seçiləcəyi gözlənilir.

“Report”un yerli bürosu xəbər verir ki, parlament çoxluğu spiker vəzifəsinə Kaxa Kuçavanın namizədliyini irəli sürəcək.

Keçmiş sədr Arçil Talakvadze isə vitse-spiker vəzifəsinə təsdiqlənməlidir.

X çağırış qanunverici orqana sədr və onun müavininin seçilməsi üçün 76 deputatın səsi tələb olunur.

Qeyd edək ki, A.Talakvadze aprelin 24-də istefa verib. Onun müavini K.Kuçava qanunverici orqanda Azərbaycanla dostluq qrupuna da rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi