Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək

Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək Gürcüstan parlamenti 6 minə yaxın məhbusu əhatə edəcək “Amnistiya haqqında” qanunu üçüncü oxunuşda təsdiqləyib.
Region
17 Sentyabr , 2024 17:14
Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək

Gürcüstan parlamenti 6 minə yaxın məhbusu əhatə edəcək “Amnistiya haqqında” qanunu üçüncü oxunuşda təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Onlardan mindən çoxu qanun qüvvəyə mindikdən sonra azadlığa buraxılacaq, qalanlarının cəzaçəkmə müddəti azaldılacaq.

Parlament çoxluğunun lideri Mamuka Mdinaradze jurnalistlərə bildirib ki, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təşəbbüsü ilə həyata keçirilən amnistiya humanitar aktdır və məhbusların sayının Avropa standartlarına uyğunlaşdırılmasına yönəlib.

Hakimiyyətin elan etdiyi amnistiyanı səs toplamaq üçün seçkiqabağı addım hesab edən müxalifət deputatları sənədin müzakirəsində iştirak etməyiblər.

Son xəbərlər

Orphus sistemi