Gürcüstanın Müdafiə Qüvvələri dünyanın aparıcı şirkətlərinin yeni xüsusi texnikaları ilə təchiz olunacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirlyindən bildirilib.
Gürcüstan ordusu ilk dəfə olaraq NATO-ya üzv ölkələrdə istifadə olunan xüsusi avtonəqliyyat vasitələrinə sahib olacaq.
Yeni texnikanın alınması barədə müqavilələr artıq imzalanıb. Layihə çərçivəsində sovet istehsalı olan və köhnəlmiş xüsusi texnika Almaniyanın “MAN”, İtaliyanın “Iveco”, ABŞ-ın “Ford” şirkətinin istehsalı olan müasir texnikalar ilə əvəzlənəcək.
Müdafiə Nazirliyi ümumilikdə 500-dən çox xüsusi texnika tədarük edəcək. Layihənin məqsədi ordunun avtotexnika ilə təminatı və müdafiə qabiliyyətinin yaxşılaşdırılmasıdır. Texnikanın dəyəri bir neçə il ərzində mərhələli şəkildə ödəniləcək.