Gürcüstan ordusu NATO ilə birgə təlim keçirəcək

Gürcüstan ordusu NATO ilə birgə təlim keçirəcək Bu ilin martın 20-dən 25-dək “NATO-Gürcüstan-2022” adlı birgə təlim keçiriləcək.
Region
12 Mart , 2022 11:51
Gürcüstan ordusu NATO ilə birgə təlim keçirəcək

Bu ilin martın 20-dən 25-dək “NATO-Gürcüstan-2022” adlı birgə təlim keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Çoxmillətli təlimlərdə NATO-ya üzv və tərəfdaş 23 ölkə iştirak edəcək.

NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) təşkil olunacaq təlimlər zamanı iştirakçılar kompüter simulyasiyaları vasitəsilə NATO əməliyyatlarının planlaşdırılması üçün lazım olan bacarıqlarını inkişaf etdirəcəklər.

Təlimlər Gürcüstan və NATO-ya üzv və tərəfdaş ölkələrin hərbçiləri arasında qarşılıqlı fəaliyyətin artırılmasına kömək edəcək.

Qeyd edək ki, ilk “NATO-Gürcüstan” təlimi 2016-cı ildə keçirilib.

Son xəbərlər

Orphus sistemi