Gürcüstan ombudsmanı yerli azərbaycanlıların müdafiəsinə qalxıb

Gürcüstan ombudsmanı yerli azərbaycanlıların müdafiəsinə qalxıb Tbilisi. 27 fevral. REPORT.AZ/ Gürcüstan ombudsmanı Nino Lomcaria parlamentin Təhsil, elm və mədəniyyət komitəsinin sədri Mariam Caşinin ötən gün yerli azərbaycanlılarla bağlı səsləndirdiyi fikirləri sərt tənqid edib.
Region
27 Fevral , 2019 12:18
Gürcüstan ombudsmanı yerli azərbaycanlıların müdafiəsinə qalxıb

Tbilisi. 27 fevral. REPORT.AZ/ Gürcüstan ombudsmanı Nino Lomcaria parlamentin Təhsil, elm və mədəniyyət komitəsinin sədri Mariam Caşinin ötən gün yerli azərbaycanlılarla bağlı səsləndirdiyi fikirləri sərt tənqid edib.

“Report”un yerli bürosu xəbər verir ki, M.Caşi Azərbaycanda yaşayan gürcülərlə Gürcüstanda yaşayan azərbaycanlıların bərabər hüquqlara malik olmalı olduğunu söyləyib.

N.Lomcaria deputatın bəyanatında yanlış fikirlərin olduğunu hesab edir: “Gürcüstanda yaşayan etnik azərbaycanlılar bu ölkənin vətəndaşlarıdır, gürcü və digər millətlərdən olan vətəndaşlarla eyni hüquqlara malikdirlər. Gürcüstan vətəndaşlarının etnik mənsubiyyətə görə bölünməsi olduqca ədalətsiz və yolverilməzdir. Etnik azlıqlar da daxil olmaqla, vətəndaşlarımızın hüquqlarının müdafiə olunması dövlətimizin vəzifəsidir”. 

Son xəbərlər

Orphus sistemi