Gürcüstan müxalifəti Tbilisidə etiraz yürüşü keçirib

Gürcüstan müxalifəti Tbilisidə etiraz yürüşü keçirib Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) liderləri və tərəfdarları Tbilisidə etiraz yürüşü keçirir.
Region
166
15 Noyabr , 2021 17:50
Gürcüstan müxalifəti Tbilisidə etiraz yürüşü keçirib
0 : 00
0 : 00

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) Tbilisinin mərkəzində keçirdiyi yürüş başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, etirazçılar aksiyaya prezidentin Orbeliani sarayının qarşısında yekun vurublar.

Yürüş zamanı heç bir insident qeydə alınmayıb.

VMHP sədri Nika Meliya deyib ki, etiraz aksiyaları hər gün davam etdiriləcək.

16:03

Tbilisinin mərkəzində müxalif Vahid Milli Hərəkat Partiyasının təşkilatçılığı ilə keçirilən yürüş davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, aksiya səbəbindən şəhərin Kür çayının sağ sahilindəki əsas avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb.

Yürüşçülər “Mişaya azadlıq!” şüarı səsləndirirlər.

Gürcüstanın Daxili İşlər Nazirliyi əraziyə su şırnağı maşınları, digər xüsusi texnikalar və əlavə polis qüvvələri səfərbər edib.

15:29

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) liderləri və tərəfdarları Tbilisidə etiraz yürüşü keçirir.

“Report”un yerli bürosu xəbər verir ki, “Avlabar” metrostansiyasından başlayan aksiyanın iştirakçıları Kür çayının hər iki sahilindəki əsas nəqliyyat magistrallarını 2 saat ərzində bağlamağı planlaşdırır.

Yürüşçülər türmə xəstəxanasında olan keçmiş Prezident Mixeil Saakaşvilinin çoxfunksiyalı mülki klinikaya köçürülməsi, növbədənkənar parlament seçkilərinin təyin olunmasını və hökumətin istefasını tələb edirlər.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) avtomobil yollarının bağlanılmasının yolverilməzliyi barədə təşkilatçılara öncədən xəbərdarlıq edib. Bildirilib ki, aksiya iştirakçılarına nəqliyyatın hərəkətinə qəsdən mane olmaq qadağan edilir. DİN ehtiyac yaranacağı təqdirdə ictimai asayişin təmin olunması üçün proporsional güc və xüsusi vasitələrdən istifadə edəcəyini qeyd edib.

Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Həmin gündən aclıq aksiyası keçirən siyasətçi noyabrın 8-də Tbilisinin Qldani türmə xəstəxanasına yerləşdirilib. VMHP liderləri və tərəfdarları onun mülki xəstəxanaya köçürülməsi tələbi ilə artıq bir neçə gündür aksiyalar keçirirlər. Eyni tələblə parlamentin 10 deputatı qanunverici orqanda aclıq aksiyası elan edib.

Son xəbərlər

Orphus sistemi