Gürcüstan müxalifəti “xalq parlamenti” yarada bilər
- 17 dekabr, 2020
- 12:07
Gürcüstanın müxalifət partiyaları “xalq parlamenti” yaratmaq niyyətindədirlər.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili bildirib.
O, bu ideyanın yaxın günlərdə müxalifətin görüşündə müzakirə olunacağını deyib.
Partiya sədrinin sözlərinə görə, müxalif qüvvələrin fəaliyyəti koordinasiya edilməlidir: “Formalaşan yeni parlament qeyri-legitim olduğundan vacib məsələlər üzrə qərarlar qəbul etməyə səlahiyyəti çatmır. Buna görə də müxalifət bir struktur daxilində birləşməli və xalqın mövqeyini ifadə etməlidir”.
Qeyd edək ki, qonşu ölkədə oktyabrın 31-də keçirilən parlament seçkilərindən sonra 9 partiya deputat mandatları əldə edib. Səkkiz müxalifət partiyası qanunverici orqanda təmsilçilikdən imtina edib.