Gürcüstan müxalifəti qanunverici orqanları bloklamağa hazırlaşır

Gürcüstan müxalifəti qanunverici orqanları bloklamağa hazırlaşır Gürcüstan müxalifəti sabahdan etibarən demokratik seçki mühitinin formalaşdırılması tələbi ilə etiraz aksiyalarını bərpa edəcək.
Region
3 Fevral , 2020 13:04
Gürcüstan müxalifəti qanunverici orqanları bloklamağa hazırlaşır

Gürcüstan müxalifəti sabahdan etibarən demokratik seçki mühitinin formalaşdırılması tələbi ilə etiraz aksiyalarını bərpa edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə parlamentin müxalif Vahid Milli Birlik Hərəkatı Partiyasından olan deputat Roman Qotsiridze bildirib.

Onun sözlərinə görə, parlament binası ilə yanaşı, prezident və hökumət administrasiyaları da bloklanacaq.

R.Qotsiridze aksiyaların bölgələrdə də keçiriləcəyini deyib.

Qeyd edək ki, müxalifətin sabahkı aksiyası parlament binasının qarşısına təyin olunub. 

Son xəbərlər

Orphus sistemi