Gürcüstan MSK xaricdə seçki məntəqələri açmağı planlaşdırır

Gürcüstan MSK xaricdə seçki məntəqələri açmağı planlaşdırır Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri ilə əlaqədar olaraq ölkə xaricində seçki məntəqələri açmağı planlaşdırır.
Region
212
9 Sentyabr , 2020 16:51
Gürcüstan MSK xaricdə seçki məntəqələri açmağı planlaşdırır

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri ilə əlaqədar olaraq, ölkə xaricində seçki məntəqələri açmağı planlaşdırır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə MSK sədri Tamar Jvania “İmedi” telekanalına bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Xarici İşlər Nazirliyindən ölkə kənarında seçki məntəqələrinin yaradılması üçün heç bir maneənin olmadığı bildirilib: “MSK xaricdə olan vətəndaşlarımızın səsvermədə fəal iştirakına imkan yaratmaq üçün seçki məntəqələri açmağı planlaşdırır”.

Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilər oktyabrın 31-də keçiriləcək.

Orphus sistemi