Gürcüstanın Mərkəzi Seçki Komissiyası bütün seçki məntəqələri üzrə səsvermənin nəticələrini açıqlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcü Arzusu Partiyası 48,15% səslə parlament seçkilərində qalib gəlir.
Vahid Milli Hərəkat Partiyası 27,14%, Avropalı Gürcüstan Partiyası 3,78%, “Lelo” 3,15%, “Vətənpərvərlər Alyansı” 3,14%, “Aqmaşenebeli strategiyası” 3,15%, “Qirçi” 2,89%, “Vətəndaşlar – Eliko Elisaşvili” 1,33%, Leyboristlər partiyası 1% səs toplayıb.
Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 3 838-də (99,77%) səslərin hesablanması prosesini yekunlaşdırıb.
“Report”un yerli bürosu xəbər verir ki, nəticələrə əsasən səslərin 48,16%-ni Gürcü Arzusu Partiyası, 27,12%-ni isə Vahid Milli Hərəkat Partiyası qazanıb.
Avropalı Gürcüstan Partiyası 3,78%, “Vətənpərvərlər Alyansı” 3,15%, “Aqmaşenebeli strategiyası” 3,15%, “Lelo” 3,16%, “Qirçi” 2,89%, “Vətəndaşlar – Eliko Elisaşvili” 1,33%, Leyboristlər partiyası isə 1% səs əldə edib.
Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 3 532-də (91,81%) səslərin hesablanması prosesini başa çatdırıb.
“Report”un yerli bürosu xəbər verir ki, nəticələrə görə, Gürcü Arzusu Partiyası 48,13% səs əldə edib.
Səs çoxluğuna əsasən ikinci yeri 26,84%-lə Vahid Milli Hərəkat Partiyası tutur.
Daha sonra Avropalı Gürcüstan Partiyası (3,79%), “Lelo” (3,21%), “Vətənpərvərlər Alyansı” (3,12%), “Aqmaşenebeli strategiyası” (3,15%), “Qirçi” (2,99%), “Vətəndaşlar – Eliko Elisaşvili” (1,36%) və Leyboristlər partiyası gəlir.
Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 3 086-sı (80,22%) üzrə səsvermənin nəticələrini açıqlayıb.
"Report"un yerli bürosu xəbər verir ki, nəticələrə əsasən Gürcü Arzusu Partiyası 48,34% səslə liderlik edir.
Vahid Milli Hərəkat 26,43%, Avropalı Gürcüstan Partiyası 3,78%, “Lelo” 3,26%, “Vətənpərvərlər Alyansı” 3,2%, “Aqmaşenebeli strategiyası” 3,16%, “Qirçi” 3,06%, “Vətəndaşlar – Eliko Elisaşvili” 1,4%, Leyboristlər partiyası isə 1,% səs əldə edib.
Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 2 787-də (72,45%) səsləri hesablayıb.
“Report”un yerli bürosu xəbər verir ki, nəticələrə əsasən, səslərin 48,51%-ni Gürcü Arzusu Partiyası əldə edib.
İkinci yerdə Vahid Milli Hərəkat (26,15%), üçüncü yerdə isə Avropalı Gürcüstan Partiyasıdır (3,8%).
“Lelo” səslərin 3,28%, “Vətənpərvərlər Alyansı” 3,23%, “Aqmaşenebeli strategiyası” 3,15%, “Qirçi” 3,07%, “Vətəndaşlar – Eliko Elisaşvili” 1,41%, Leyboristlər partiyası isə 1,02%-ni qazanıb.