Gürcüstan, Moldova və Ukrayna Aİ-yə inteqrasiya üçün əməkdaşlıq memorandumu imzalayıblar

Gürcüstan, Moldova və Ukrayna Aİ-yə inteqrasiya üçün əməkdaşlıq memorandumu imzalayıblar “Bu memorandum Avropa perspektivini reallaşdırmaq istiqamətində fəal işləmək niyyətimizi təsdiqləyir”
Region
122
17 May , 2021 16:33
Gürcüstan, Moldova və Ukrayna Aİ-yə inteqrasiya üçün əməkdaşlıq memorandumu imzalayıblar

Gürcüstan, Moldova və Ukrayna xarici işlər nazirləri David Zalkaliani, Aureliu ÇokoyDmitri Kuleba bu gün Kiyevdə Avropa İttifaqına (Aİ) inteqrasiya üçün əməkdaşlığa dair memorandum imzalayıblar.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, sənəd üç ölkənin nazirlərinin birgə brifinqində imzalanıb.

“Bu memorandum Avropa perspektivini reallaşdırmaq istiqamətində fəal işləmək niyyətimizi təsdiqləyir”, – Kuleba deyib.

Onun sözlərinə görə, bu sənəd üç ölkənin Aİ-yə inteqrasiyadan başqa alternativi olmadığını təsdiq edir.

Gürcüstan xarici işlər naziri də tərəflərin Aİ-yə inteqrasiya üçün siyasi dialoqun genişləndirilməsi və bu mövzuda irəliləyiş əldə edilməsi niyyətini təsdiqləyib.

Moldova XİN başçısının sözlərinə görə, memorandum üç ölkəyə növbəti illərdə Aİ-yə üzv olmaq hədəfinə çatmağa kömək edəcək.

Son xəbərlər

Orphus sistemi