Gürcüstan Milli Bankı hərraca 20 milyon dollar çıxaracaq

Gürcüstan Milli Bankı hərraca 20 milyon dollar çıxaracaq Gürcüstan Milli Bankı bu gün valyuta hərracına 20 milyon ABŞ dolları çıxaracaq.
Region
26 Noyabr , 2019 15:46
Gürcüstan Milli Bankı hərraca 20 milyon dollar çıxaracaq

Gürcüstan Milli Bankı bu gün valyuta hərracına 20 milyon ABŞ dolları çıxaracaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Bugünkü rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9753 lari təşkil edir. “Bloomberg” platformasında dolların dəyəri 3 lariyə yaxınlaşıb.

Valyuta dəyişmə məntəqələrində 1 ABŞ dollarının dəyəri 2,95 - 2,97 lari arasında dəyişir.

Oktyabrın 30-na əsasən, Milli Bankın ehtiyatları 3 milyard 386 milyon dollara bərabərdir. 

Son xəbərlər

Orphus sistemi