Gürcüstan Mərkəzi Seçki Komissiyası isçilərinə qarşı təhdid və təzyiqlər olduğunu açıqlayıb

Gürcüstan Mərkəzi Seçki Komissiyası isçilərinə qarşı təhdid və təzyiqlər olduğunu açıqlayıb Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) isçilərinə qarşı təhdid və təzyiqlər olduğunu açıqlayıb.
Region
9 Sentyabr , 2024 16:16
Gürcüstan Mərkəzi Seçki Komissiyası isçilərinə qarşı təhdid və təzyiqlər olduğunu açıqlayıb

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) isçilərinə qarşı təhdid və təzyiqlər olduğunu açıqlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyanın sədr müavini Georgi Sarabidze keçirdiyi brifinq bildirib.

O qeyd edib ki, müxalifətin - "Birlik - Milli Hərəkat" assosiasiyasının siyasi şurasının üzvlərindən biri ötən gün komissiyanın əməkdaşlarını təhqir edib, onlara təzyiqlər göstərib və medianın iştirakı ilə real faktları təhrif etməyə çağırıb.

"Biz həm yerli, həm də beynəlxalq monitorinq təşkilatlarını baş verənlərlə maraqlanmağa çağırmaq istərdik. Təxribat xarakterli hərəkət və qeyd olunan hadisəni reaksiyasız buraxmaq olmaz, bu cür hərəkətlər seçki mühitinə xələl gətirir", -
deyə o, brifinqdə bildirib.

Sədr müavininin sözlərinə görə, Gürcüstan MSK qanunvericiliyə uyğun olaraq fəaliyyətini davam etdirəcək və seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsini təmin edəcək.

Son xəbərlər

Orphus sistemi