Gürcüstan koronavirus əleyhinə peyvənd almağa hazırlaşır

Gürcüstan koronavirus əleyhinə peyvənd almağa hazırlaşır Gürcüstan koronavirus əleyhinə peyvəndin ölkəyə gətirilməsi ilə bağlı 2 xarici şirkətlə danışıqlar aparır.
Region
21 İyul , 2020 14:04
Gürcüstan koronavirus əleyhinə peyvənd almağa hazırlaşır

Gürcüstan koronavirus əleyhinə peyvəndin ölkəyə gətirilməsi ilə bağlı 2 xarici şirkətlə danışıqlar aparır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, peyvəndin sınaqları yekunlaşandan və effektivliyi təsdiqlənəndən sonra Gürcüstan bu preparatı alan ölkələrin arasında olacaq.

Son xəbərlər

Orphus sistemi