Gürcüstan “Johnson&Johnson” peyvəndi alacaq

Gürcüstan “Johnson&Johnson” peyvəndi alacaq “Gürcüstan koronavirus əleyhinə “JohnsonJohnson” peyvəndinin alınması ilə bağlı danışıqlar aparır”.
Region
17 Sentyabr , 2021 16:31
Gürcüstan “Johnson&Johnson” peyvəndi alacaq

“Gürcüstan koronavirus əleyhinə “Johnson&Johnson” peyvəndinin alınması ilə bağlı danışıqlar aparır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, preparatın əldə olunması üçün Almaniya donor kimi çıxış edəcək: ““Johnson&Johnson” peyvəndi tək dozalı vaksindir, tətbiqi rahatdır və yaxşı nəticələr verir”.

Qeyd edək ki, hazırda Gürcüstanda COVID-19-a qarşı peyvəndlənmə prosesində 4 preparatdan – “Sinovac”, “Sinopharm”, “AstraZeneca” və “Pfizer”-dən istifadə olunur.

Son xəbərlər

Orphus sistemi