Gürcüstan istehsalı olan ilk PUA bu il təqdim ediləcək

Gürcüstan istehsalı olan ilk PUA bu il təqdim ediləcək “Gürcüstanda istehsal olunacaq ilk pilotsuz uçuş aparatı bu ilin payızında təqdim ediləcək”
Region
26 May , 2021 10:39
Gürcüstan istehsalı olan ilk PUA bu il təqdim ediləcək

“Gürcüstanda istehsal olunacaq ilk pilotsuz uçuş aparatı bu ilin payızında təqdim ediləcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin müdafiə nazirinin müavini Zurab Azaraşvili “İmedi” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, PUA tam olaraq Müdafiə Nazirliyinin nəzdindəki “Delta” hərbi elmi-texniki mərkəzində yığılacaq.

Nazir müavini qeyd edib ki, dron və PUA-ların istehsalı layihəsinin ilk mərhələsi bu il başa çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi