Gürcüstan hökuməti strateji obyekt statusuna malik inzibati binaların siyahısını təsdiqləyib

Gürcüstan hökuməti strateji obyekt statusuna malik inzibati binaların siyahısını təsdiqləyib Gürcüstan hökuməti bloklanması cinayət məsuliyyətinə səbəb ola biləcək strateji obyekt statusuna malik inzibati binaların siyahısını təsdiqləyib.
Region
25 Oktyabr , 2024 17:30
Gürcüstan hökuməti strateji obyekt statusuna malik inzibati binaların siyahısını təsdiqləyib
İrakli Kobaxidze

Gürcüstan hökuməti bloklanması cinayət məsuliyyətinə səbəb ola biləcək strateji obyekt statusuna malik inzibati binaların siyahısını təsdiqləyib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze qərar imzalayıb.

Qərara əsasən, strateji obyektlərin ələ keçirilməsi və ya bloklanması dörd ilə qədər həbslə cəzalandırılır, terror hərəkətləri halında isə bu cəza 10 ildən 15 ilə qədərdir.

Strateji obyektlərə aşağıdakılar daxildir:

- Gürcüstan parlamenti
- Acarıstanın Ali Şurası
- nazirliklər
- yerli özünüidarə orqanları
- məhkəmələr və prokurorluq
- Dövlət Təhlükəsizlik Xidməti və Kəşfiyyat Xidməti
- Gürcüstan Milli Bankı
- səfirliklər və konsulluqlar
- Gürcüstanın Mərkəzi Seçki Komissiyası
- Gürcüstan Patriarxiyası
- dövlət sərhəd keçid məntəqələri
- enerji və su təchizatı ilə əlaqəli obyektlər
- tibb müəssisələri, televiziya və radio şirkətlərinin binaları
- limanlar, dəmir yolları, metro və hava limanları.

Son xəbərlər

Orphus sistemi