Gürcüstan hökuməti parlamentdə hesabat verəcək

Gürcüstan hökuməti parlamentdə hesabat verəcək “Gürcüstan hökuməti fövqəladə vəziyyət rejimi çərçivəsində ölkədə həyata keçirilən bütün tədbirlər barədə parlamentdə hesabat verməyə hazırdır”.
Region
21 May , 2020 11:46
Gürcüstan hökuməti parlamentdə hesabat verəcək

“Gürcüstan hökuməti fövqəladə vəziyyət rejimi çərçivəsində ölkədə həyata keçirilən bütün tədbirlər barədə parlamentdə hesabat verməyə hazırdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş nazir Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, bununla bağlı artıq parlamentin sədrinə məktub göndərilib:

“Hökumət yaxın günlərdə parlamentdə bütün suallara cavab verməyə hazırdır. Prosesə cəlb olunan hər bir kəs qanunverici orqana gedəcək və bütün məsələlərə aydınlıq gətirəcək”.

Parlament sədri Arçil Talakvadze bildirib ki, baş nazir mayın 27-də deputatlar qarşısında hesabat verəcək.

Qeyd edək ki, baş naziri parlamentə müxalifət çağırıb.

Son xəbərlər

Orphus sistemi