Gürcüstan hökuməti etnik müxtəlifliyin saxlanılmasını prioritet istiqamətə çevirib

Gürcüstan hökuməti etnik müxtəlifliyin saxlanılmasını prioritet istiqamətə çevirib Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri aparatının 2020-ci il üçün büdcəsinin əsas prioritet istiqamətləri açıqlanıb.
Region
30 Sentyabr , 2019 14:21
Gürcüstan hökuməti etnik müxtəlifliyin saxlanılmasını prioritet istiqamətə çevirib

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri aparatının 2020-ci il üçün büdcəsinin əsas prioritet istiqamətləri açıqlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, prioritetlər arasında Gürcüstanda yaşayan milli azlıqlarla bağlı fəaliyyət də yer alıb.

Dövlət naziri Ketevan Tsixelaşvili bildirib ki, gələn il qeyri-gürcü dilli əhalinin məlumatlara əlçatanlığının genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək: “Bizim unikal etnik müxtəlifliyimizin qorunub saxlanılması, milli azlıq nümayəndələri arasında maarifləndirilmə səviyyəsinin yüksəldilməsi və müvafiq informasiya kampaniyalarının təşkili ilə bağlı tədbirlər həyata keçiriləcək”.

Son xəbərlər

Orphus sistemi