Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasında parlament çoxluğunun iclası keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, partiyanın mərkəzi qərargahında baş tutan toplantıda Gürcüstan hökumətində gözlənilən dəyişikliklər müzakirə olunub.
Müzakirələr barədə ətraflı məlumat sabah ictimaiyyətə açıqlanacaq.
İclasda hakim partiyanın sədri Bidzina İvanişvili, baş nazir Mamuka Baxtadze, spiker Arçil Talakvadze, hökumət üzvləri və partiyanın digər rəhbər şəxsləri iştirak ediblər.
Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski toplantıdan sonra jurnalistlərə bildirib ki, hökumət dəyişiklikləri ilə bağlı müzakirələr çərşənbə axşamı günü partiyanın siyasi şurasında davam etdiriləcək. O qeyd edib ki, sentyabrın 2-də baş nazir M.Baxtadze bəyanatla çıxış edəcək və ictimaiyyət kifayət qədər informasiya əldə edəcək.