Gürcüstan gəncləri Azərbaycan barədə nə düşünür? – SORĞU

Gürcüstan gəncləri Azərbaycan barədə nə düşünür? – SORĞU Gürcüstanda rəyi soruşulan gənclər Azərbaycanı insanlarının isti xarakteri, ünsiyyətcilliyi, nəzakətliliyi, qonaqpərvərliyi və memarlığı ilə Gürcüstanla oxşar olduğunu bildiriblər
Region
15 Aprel , 2022 16:53
Gürcüstan gəncləri Azərbaycan barədə nə düşünür? – SORĞU

Gürcüstanda rəyi soruşulan gənclər Azərbaycanı insanlarının isti xarakteri, ünsiyyətcilliyi, nəzakətliliyi, qonaqpərvərliyi və memarlığı ilə Gürcüstanla oxşar olduğunu bildiriblər.

“Report”un yerli bürosu xəbər verir ki, bu, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (Rondeli Fondu) təşəbbüsü ilə gənclər arasında keçirilən sorğunun nəticələrindən məlum olub.

Sorğu iştirakçıları hesab edirlər ki, Azərbaycan və Gürcüstan arasında əsas fərqli cəhətlər din və mədəniyyətdir.

Etnik azərbaycanlı gənclər isə Gürcüstan və Azərbaycan arasında demək olar heç bir oxşarlıq görmədiklərini deyiblər.

Sorğu zamanı gənclər Gürcüstanın əsas siyasi tərəfdaş ölkələrini də sadalayıblar. Respondentlərin 40 %-i ABŞ, 4 %-i Ukrayna, 4 %-i Azərbaycan, 3 %-i Rusiya, 3 %-i Türkiyə, 2 %-i Almaniyanı əsas siyasi tərəfdaş adlandırıb.

Tərəfdaş ölkələr arasında Ermənistan yer almayıb. Bu ölkəni gənclərin 1 %-i Gürcüstanın əsas düşmənlərindən biri kimi dəyərləndirib. Respondentlərin böyük əksəriyyəti – 68 %-i əsas düşmən ölkə kimi Rusiyanı göstərib.

Qeyd edək ki, sorğu 2021-ci ilin iyulun 23-dən avqustun 18-dək aparılıb. 18-29 yaş arasında olan respondentlərin sayı 1 539 nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi