Gürcüstan erməniləri Ermənistanın faşizm və işğalçılığını təbliğ edir

Gürcüstan erməniləri Ermənistanın faşizm və işğalçılığını təbliğ edir Tbilisidə fəaliyyət göstərən ermənilərin “Ayartun” adlı mədəniyyət, maarifləndirmə və gənclər mərkəzi Gürcüstanda fəaliyyət istiqamətlərinə uyğun olmayan və ölkə qanunvericiliyinə zidd fəaliyyət göstərir.
Region
27 Sentyabr , 2020 18:32
Gürcüstan erməniləri Ermənistanın faşizm və işğalçılığını təbliğ edir

Tbilisidə fəaliyyət göstərən ermənilərin “Ayartun” adlı mədəniyyət, maarifləndirmə və gənclər mərkəzi Gürcüstanda fəaliyyət istiqamətlərinə uyğun olmayan və ölkə qanunvericiliyinə zidd fəaliyyət göstərir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, mərkəzin rəsmi “Facebook” səhifəsində  erməni əsilli faşist Qaregin Njdenin fotoşəkli yerləşdirilib.

Fotoya faşist cəlladının “Əgər millət orduya çevrilirsə, onu diz çökdürmək mümkün deyil” sözləri də əlavə olunub.

Səhifədə həmçinin erməni dilində Ermənistan ordusuna bir neçə dəstək şüarları da yer alıb.

“Ayartun” artıq uzun illərdir Ermənistanın işğalçılıq siyasətini təbliğ edərək təcavüzkar dövlətin Gürcüstanda təbliğat mərkəzinə çevrilib. Azərbaycan kimi işğaldan əziyyət çəkən Gürcüstanın aidiyyəti dövlət qurumları mədəniyyət mərkəzi adlandırılan bu təşkilatın qeyri-qanuni fəaliyyətinə müvafiq reaksiya verməlidirlər.

Qeyd edək ki, Gürcüstanda faşizmin təbliğatı 2011-ci ildən qanunla qadağan edilib.  

Son xəbərlər

Orphus sistemi