Gürcüstan Ərdoğanın yeni platforma yaradılması təşəbbüsünə münasibət bildirib

Gürcüstan Ərdoğanın yeni platforma yaradılması təşəbbüsünə münasibət bildirib “Gürcüstan prezidentinin “Qafqaz platforması” ilə bağlı bəyanatı düzgün anlaşılmayıb”.
Region
24 Dekabr , 2020 15:36
Gürcüstan Ərdoğanın yeni platforma yaradılması təşəbbüsünə münasibət bildirib
David Zalkaliani

“Gürcüstan prezidentinin “Qafqaz platforması” ilə bağlı bəyanatı düzgün anlaşılmayıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin xarici işlər naziri vəzifəsinə namizəd David Zalkaliani deyib.

Onun sözlərinə görə, həmin bəyanat tərəfdaş ölkə prezidentinin təşəbbüsünə cavab olmayıb: “Bu cür təşəbbüs səsləndirilənə qədər, Gürcüstan prezidenti dəfələrlə bu barədə danışıb. Təhlükəsizlik Şurasının son iclasında biz yekdilliklə bildirdik ki, Tbilisini tərəfdaşlarımız olan qonşularımız - Azərbaycan və Ermənistana danışıqlar üçün məkan kimi təklif edirik”.

D.Zalkaliani deyib ki, Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü onu göstərir ki, Türkiyə Cənubi Qafqazda dayanıqlı sülhdə maraqlıdır: “Bizim də mövqeyimiz qəbul olunur. Əlbəttə, ərazimizin 20 faizini işağl edən ölkə ilə vahid platforma barədə danışmaq çox çətindir”.

Qeyd edək ki, R.T.Ərdoğan Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın daxil olacağı altılı platformanın yaradılması təşəbbüsü ilə çıxış edib.

Son xəbərlər

Orphus sistemi