​Gürcüstan əhalisinin sayında azalma müşahidə olunur

​Gürcüstan əhalisinin sayında azalma müşahidə olunur Aprelin sonunda əhalinin siyahıyaalınmasının rəsmi nəticələri açıqlanacaq
Region
343
5 Yanvar , 2015 12:22
​Gürcüstan əhalisinin sayında azalma müşahidə olunur

Bakı. 5 yanvar. REPORT.AZ/ Gürcüstanda əhalinin sayının azalması müşahidə edilir.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə əhalinin siyahıyaalınması və demoqrafiya xidmətinin başçısı Paata Şavişvili yerli mətbuata müsahibəsində bildirib.

"Təəssüf ki, əhalinin sayının azalması tendensiyasını müşahidə edirik. Biz azalırıq. 2002-ci ilin göstəriciləri ilə müqayisədə əhalimizin ehtimal olunan sayı azalıb", - o deyib.

Onun sözlərinə görə, 2015-ci il aprelin sonunda əhalinin siyahiyaalınmasının rəsmi nəticələri açıqlanacaq: "Ekspertlərin çoxu Gürcüstan əhalisinin yaşlaşdığını deyir. Bu təhlükənin nə dərəcədə real olduğu siyahıyaalmadan sonra məlum olacaq".

Son xəbərlər

Orphus sistemi