Gürcüstan əhalisinin 60 %-nə COVID-19 vaksini vurulacaq

Gürcüstan əhalisinin 60 %-nə COVID-19 vaksini vurulacaq “Vaksinasiya planına əsasən, Gürcüstan əhalisinin 60 %-i koronavirus əleyhinə peyvənd olunacaq”.
Region
15 Yanvar , 2021 16:23
Gürcüstan əhalisinin 60 %-nə COVID-19 vaksini vurulacaq

“Vaksinasiya planına əsasən, Gürcüstan əhalisinin 60 %-i koronavirus əleyhinə peyvənd olunacaq”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, 18 yaşa qədər olan şəxslərə vaksin vurulmayacaq, belə ki, bu yaşdan kiçik olanların peyvəndlənməsi ilə bağlı tibbi araşdırma aparılmayıb.

Mərkəz rəhbəri qeyd edib ki, kollektiv immunitetin yaradılması və normal həyat ritminə qayıtmaq üçün əhalinin 60 %-i vaksinasiya olunmalıdır.

A.Qamkrelidze peyvəndləmənin 65-170 milyon lariyə başa gələcəyini deyib

Son xəbərlər

Orphus sistemi