Gürcüstan əhalisinin 20%-i üçün COVID-19 əleyhinə peyvənd sifariş olunub

Gürcüstan əhalisinin 20%-i üçün COVID-19 əleyhinə peyvənd sifariş olunub Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.  
Region
2 Sentyabr , 2020 12:45
Gürcüstan əhalisinin 20%-i üçün COVID-19 əleyhinə peyvənd sifariş olunub

“Gürcüstan əhalisinin 20%-i və ya 700 min nəfər üçün koronavirus əleyhinə peyvənd sifariş olunub”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.  

O deyib ki, Gürcüstan Qlobal Peyvənd Alyansına artıq rəsmi müraciət təqdim edib: “Peyvəndi tənzimləyici qurumlar və Ümümdünya Səhiyyə Təşkilatı təsdiq edəndən sonra əldə edəcəyik. Preparat ilk növədə risk qrupunda olan insanlar üçün əlçatan olacaq”.

Son xəbərlər

Orphus sistemi