Gürcüstan əhalisinə pandemiyanın üçüncü dalğası ilə bağlı xəbərdarlıq edilib

Gürcüstan əhalisinə pandemiyanın üçüncü dalğası ilə bağlı xəbərdarlıq edilib "Gürcüstanda epidemioloji vəziyyət pisləşir"
Region
123
8 Aprel , 2021 16:58
Gürcüstan əhalisinə pandemiyanın üçüncü dalğası ilə bağlı xəbərdarlıq edilib

"Təəssüflər olsun ki, bütün dünyada olduğu kimi, Gürcüstanda da epidemioloji vəziyyət pisləşir".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin videokonfrans formatında keçirilən iclasında deyib.

O, əhalini qaydalara maksimal şəkildə əməl etməyə çağırıb: "Əlbəttə ki, biz üçüncü dalğanın qarşısını almaq və sərt məhdudiyyətlərin tətbiqinə yol verməmək üçün mümkün olan hər şeyi etməliyik. Bunun üçün yeganə yol tələblərə əməl etməkdir. Qoruyucu maskadan düzgün istifadə, həmçinin kütləvi mərasimlərdən çəkinmək kimi elementar qaydalara əməl etmək lazımdır".

Qeyd edək ki, Gürcüstan koronavirus pandemiyasının üçüncü dalğasının astanasındadır. Qonşu ölkədə mövcud məhdudiyyətlərin daha da sərtləşdiriləcəyi istisna edilmir.

Son xəbərlər

Orphus sistemi