Gürcüstan əhalisi azalıb

Gürcüstan əhalisi azalıb Gürcüstan əhalisinin sayı 3 mln. 716,9 min nəfər təşkil edir.
Region
30 Aprel , 2020 11:11
Gürcüstan əhalisi azalıb

Gürcüstan əhalisinin sayı 3 mln. 716,9 min nəfər təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Bu ilin yanvarın 1-nə olan məlumata əsasən, illik müqayisədə qonşu ölkə əhalisinin sayında 0,2% azalma qeydə alınıb.

Azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində isə əhalinin sayı 434,2 min nəfər təşkil edir. Əhalinin 189,7 min nəfəri şəhər, 244,5 min nəfəri isə kəndlərdə yaşayır.

Ölkə əhalisinin yaş tərkibinə gəlincə 0-14 yaşlı şəxslər ümumi əhalinin 20,4%-ni, 15-64 yaşlı şəxslər 64,5%, 65 və ondan yuxarı yaşlı şəxslər isə 15,1%-ni təşkil edir.

Gürcüstan əhalisinin 48%-i kişilər, 52%-i isə qadınlardan ibarətdir.

İllik müqayisədə kişilərin sayı dəyişməz qalaraq 1 mln. 790,3 min nəfər, qadınların sayı isə 0,3% azalaraq 1 mln. 926,6 min nəfərə bərabər olub.

Ötən il qonşu ölkədə doğulanda gözlənilən ömür uzunluğu 74,1 yaş təşkil edib. Bu göstərici kişilər üçün 69,8, qadınlar üçün isə 78,4 yaş olub.

Əhalinin orta yaşı isə 37-dir.

Son xəbərlər

Orphus sistemi