Gürcüstan dövlət sərhədlərində nəzarəti gücləndirib

Gürcüstan dövlət sərhədlərində nəzarəti gücləndirib Gürcüstan dövlət sərhədlərində nəzarəti gücləndirib.
Region
183
17 Mart , 2022 15:35
Gürcüstan dövlət sərhədlərində nəzarəti gücləndirib

Gürcüstan dövlət sərhədlərində nəzarəti gücləndirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə çıxışı zamanı bildirib.

Nazir sərhəd-keçid məntəqələrində Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə bütün qabaqlayıcı tədbirlərin həyata keçirildiyini qeyd edib.

DİN rəhbəri həmçinin Rusiya vətəndaşlarının Gürcüstana kütləvi surətdə gəlməsi ilə bağlı yayılan informasiyaları təkzib edib. Onun sözlərinə görə, Rusiya vətəndaşlarının Gürcüstana axını 2019-cu ilin analoji dövrünə nisbətdə - koronavirus pandemiyasından öncə sərhədlərin bağlanmasına qədər - 50 % azalıb.

V.Qomelauri Rusiya vətəndaşlarının Gürcüstana daha çox üçüncü ölkələr vasitəsilə daxil olduqlarını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi