Gürcüstan DİN müxalifətə xəbərdarlıq edib

Gürcüstan DİN müxalifətə xəbərdarlıq edib Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) siyasi partiya nümayəndələri və tərəfdarlarını zorakılıq hərəkətlərinə yol verməməyə və polisin məhkəmə qərarını icra etməsinə mane olmamağa çağırıb
Region
18 Fevral , 2021 10:34
Gürcüstan DİN müxalifətə xəbərdarlıq edib

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) siyasi partiya nümayəndələri və tərəfdarlarını zorakılıq hərəkətlərinə yol verməməyə və polisin məhkəmə qərarını icra etməsinə mane olmamağa çağırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib.

Sənəddə qeyd olunub ki, məhkəmə qərarlarının icrası bütün vətəndaşlar üçün məcburidir. Qərarların yerinə yetirilməməsi və ya icra olunmasına mane olmaq qanunla cəzalandırılır.

“Polisə qarşı zorakılıqla bağlı istənilən cəhdin qarşısı dərhal alınacaq və ictimai asayişi pozan istənilən şəxs məsuliyyətə cəlb olunacaq”, - bəyanatda deyilir.

Qeyd edək ki, ötən gün məhkəmənin qərarı ilə müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya ilə bağlı həbs qətimkan tədbiri seçilib. Bu gün səhər saatlarında polis əməkdaşları məhkəmə qərarını N.Meliyaya təqdim etmək istəsələr də, müxalifət tərəfdarları buna imkan verməyiblər.

Son xəbərlər

Orphus sistemi