Gürcüstan DİN etirazçılara növbəti dəfə xəbərdarlıq edib

Gürcüstan DİN etirazçılara növbəti dəfə xəbərdarlıq edib Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisidəki etiraz iştirakçılarına növbəti dəfə xəbərdarlıq edib.
Region
28 May , 2024 19:19
Gürcüstan DİN etirazçılara növbəti dəfə xəbərdarlıq edib

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisidəki etiraz aksiyası iştirakçılarına növbəti dəfə xəbərdarlıq edib.

"Report"un yerli bürosu xəbər verir ki, DİN aksiya təşkilatçılarını və iştirakçılarını dinc etirazları davam etdirməyə, parlament üzvlərinin və əməkdaşların binanı tərk etməsinə mane olmamağa çağırıb.

“Polis hər hansı qanun pozuntusunun qarşısını dərhal alacaq və ictimai asayişi pozan şəxslərə qarşı qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək”, - məlumatda bildirilib.

Qeyd edək ki, Gürcüstan parlamentinin binası yaxınlığında daha çox polis səfərbər olub.

Qeyd edək ki, bu gün Gürcüstan Parlamenti Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib.

Son xəbərlər

Orphus sistemi