Gürcüstanın daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə Tbilisidə növbəti aksiya keçirilir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, parlament binası qarşısında təşkil olunan aksiya sayca 18-cidir.
Bugünkü aksiyada tribuna şair və yazıçılara verilib.
Təşkilatçılar tələbləri yerinə yetirilməyənə qədər dinc aksiyaları davam etdirəcəklərini bildiriblər.