Bu ilin birinci rübündə Gürcüstan dəmir yolları vasitəsilə 2,77 milyon ton yük daşınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gücüstan Dəmir Yolları” SC-dən bildirilib.
İllik müqayisədə daşınan yüklərin həcmində 253 min ton artım qeydə alınıb.
Yanvar-mart aylarında yük dövriyyəsinin artımı idxal və tranzit yüklərinin hesabına baş verib. Gürcüstan dəmir yolları ilə 604 min ton yükün idxalı, 1,5 milyon ton yükün isə tranziti həyata keçirilib.