Gürcüstan Çinlə ticari-iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətindədir

Gürcüstan Çinlə ticari-iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətindədir Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Çin Xalq Bankının rəhbəri Pan Qunşenlə iki ölkə arasında maliyyə əməkdaşlığı məsələlərini müzakirə edib.
Region
12 Sentyabr , 2024 23:30
Gürcüstan Çinlə ticari-iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətindədir

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Çin Xalq Bankının rəhbəri Pan Qunşenlə iki ölkə arasında maliyyə əməkdaşlığı məsələlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Məlumata görə, görüşdə əsas müzakirə mövzuları maliyyə sektorunda əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi, pul siyasəti məsələləri, ödəniş xidmətləri sahəsində ikitərəfli və regional əməkdaşlıq, Gürcüstan Milli Bankı ilə Çin Xalq Bankı arasında anlaşma memorandumunun imzalanması, eləcə də qiymətli kağızlara investisiya qoyuluşu olub.

Qeyd edək ki, bu gün qurumun rəhbəri Davitaşvili Çin Beynəlxalq Xidmətlər Ticarət Sərgisində (CIFTIS) iştirak edib. Çıxışı zamanı o, Çinlə xidmət ticarəti sahəsində, o cümlədən “Bir Kəmər və Yol Təşəbbüsü” çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıb.

“Azad ticarət sazişi Gürcüstan və Çin arasında artan strateji tərəfdaşlığın sübutudur və biz bu əməkdaşlığı gələcəkdə daha da dərinləşdirməyi planlaşdırırıq”, – o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi