Gürcüstan Çindən 52 ton tibbi məhsul alıb

Gürcüstan Çindən 52 ton tibbi məhsul alıb Gürcüstan Çindən 52 ton müxtəlif tibbi vasitə və ləvazimat idxal edib.
Region
158
29 Aprel , 2020 14:20
Gürcüstan Çindən 52 ton tibbi məhsul alıb

Gürcüstan Çindən 52 ton müxtəlif tibbi vasitə və ləvazimat idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının növbəti toplantısında bildirilib.

Tibbi təyinatlı məhsullara koronavirusu sürətlə aşkarlayan 40 min test, 20 min anticism testi, həmçinin müxtəlif fərdi qoruyucu vasitələr və digər ləvazimat daxildir.

Videokonfrans formatında keçirilən iclasda həmçinin qeyd olunub ki, bu günə qədər 8 372 Gürcüstan vətəndaşının xarici ölkələrdən təxliyəsi həyata keçirilib, 16 302 vətəndaşa isə yerlərdə müvafiq kömək göstərilib. 

Son xəbərlər

Orphus sistemi