Gürcüstan BMT-yə təqdim etdiyi hesabatda regional layihələrin əhəmiyyətini vurğulayıb

Gürcüstan BMT-yə təqdim etdiyi hesabatda regional layihələrin əhəmiyyətini vurğulayıb “Gürcüstanın bir hissəsi olduğu Cənub Qaz Dəhlizi Azərbaycandan Avropaya təbii qaz tədarük edərək Avropa İttifaqının enerji təhlükəsizliyi üçün əsas enerji tranziti marşrutu rolunu oynayacaq”.
Region
14 İyul , 2020 11:57
Gürcüstan BMT-yə təqdim etdiyi hesabatda regional layihələrin əhəmiyyətini vurğulayıb

“Gürcüstanın bir hissəsi olduğu Cənub Qaz Dəhlizi Azərbaycandan Avropaya təbii qaz tədarük edərək Avropa İttifaqının enerji təhlükəsizliyi üçün əsas enerji tranziti marşrutu rolunu oynayacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim etdiyi Könüllü Milli Hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, Gürcüstan ticarət və tranzit infrastrukturunu inkişaf etdirməkdə davam edir: “2017-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə Çin və Avropa arasında yük və sərnişin daşımaları üçün Bakı-Tbilisi-Qars dəmir yolu xəttini işə salıb. Bundan başqa, ölkə əsas tranzit yol olan Şərq-Qərb avtomagistralının inşası üzrə işləri fəal olaraq davam etdirir və Şimal-Cənub dəhlizi üzrə dayanıqlı marşrut xətlərinin tikintisini planlaşdırır”.

Qeyd edək ki, Gürcüstan hökuməti BMT-yə Könüllü Milli Hesabatı 4 ildən bir təqdim edir. 

Son xəbərlər

Orphus sistemi