Gürcüstan baş nazirinin bu gün istefa verəcəyi gözlənilir

Gürcüstan baş nazirinin bu gün istefa verəcəyi gözlənilir Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin bu gün istefa verəcəyi gözlənilir.
Region
2 Sentyabr , 2019 09:35
Gürcüstan baş nazirinin bu gün istefa verəcəyi gözlənilir

Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin bu gün istefa verəcəyi gözlənilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumət başçısı saat 15:00-da xüsusi bəyanatla çıxış edəcək.

Qeyd edək ki, ötən gün hakim Gürcü Arzusu Partiyasının qərargahında hökumət dəyişiklikləri ilə bağlı müzakirə aparılıb.

Yayılan qeyri-rəsmi məlumatlara əsasən, M.Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək. Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə daxili işlər naziri təyin olunacaq.

Son xəbərlər

Orphus sistemi