Gürcüstan azərbaycanlıları üçün ABŞ guşəsi açılıb

Gürcüstan azərbaycanlıları üçün ABŞ guşəsi açılıb ABŞ guşəsi istənilən yaş qrupuna aid şəxslər üçün əlçatan olacaq
Region
22 Aprel , 2021 15:06
Gürcüstan azərbaycanlıları üçün ABŞ guşəsi açılıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun mərkəzində yerləşən ictimai kitabxanada ABŞ guşəsi yaradılıb.

“Report”un yerli bürosu xəbər verir ki, mərkəzin açılış mərasimində Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Marneuli meri vəzifəsini icra edən Zaur Tabatadze, parlament üzvü Zaur Darğallı, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən sonra kitabxana binasının qarşısındakı bağda dostluq rəmzi olan ağaclar əkilib.

Guşənin əsas fəaliyyət istiqaməti Gürcüstan və ABŞ xalqları arasında anlaşma və əməkdaşlığı təşviq etməkdən ibarət olacaq. Ziyarətçilərə ingilis dili üzrə biliklərin artırılması, ABŞ universitetlərində təhsil proqramları barədə məlumat almaq, ingilis və gürcü dillərində ictimai proqramlarda iştirak imkanı yaradılacaq.

Mərkəzdə Amerika cəmiyyəti və demokratik dəyərlər barədə öyrənmək, müasir texnologiyalardan istifadə, müxtəlif adda kitab və video materiallarla tanış olmaq, ideya və layihələr reallaşdırmaq da mümkün olacaq.

ABŞ guşəsi istənilən yaş qrupuna aid şəxslər üçün əlçatan olacaq.

Son xəbərlər

Orphus sistemi