Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər

Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında aksiya keçirilir.
Region
16 İyul , 2020 17:55
Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər

Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında aksiya keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan azərbaycanlılarının təşkil etdiyi aksiya Azərbaycana dəstək məqsədi daşıyır.

Aksiyada son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi hücumlar və təxribatlar pislənilib.

Soydaşlarımız Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildiriblər. Onlar Ermənistanı təcavüzə və təxribatçı əməllərə son qoymağa çağırıblar.

Dəstək aksiyasına Azərbaycanla sərhədə yaxın kəndlər və Gürcüstanın digər bölgələrindən olan azərbaycanlılar qatılıblar. 

Son xəbərlər

Orphus sistemi