Gürcüstan Azərbaycanla ticarət əlaqələrinin effektivliyini artıracaq

Gürcüstan Azərbaycanla ticarət əlaqələrinin effektivliyini artıracaq “Gürcüstan minilliklər boyu Şərq və Qərbi birləşdirən böyük İpək yolunun ayrılmaz hissəsi olub. Bu, yalnız yol deyil, həm də ticarət birliyidir”.
Region
18 Sentyabr , 2020 11:08
Gürcüstan Azərbaycanla ticarət əlaqələrinin effektivliyini artıracaq

“Gürcüstan minilliklər boyu Şərq və Qərbi birləşdirən böyük İpək yolunun ayrılmaz hissəsi olub. Bu, yalnız yol deyil, həm də ticarət birliyidir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili “İmedi” telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, yol infrastrukturu olmadan Gürcüstan ərazisindən ticarət axınlarının keyfiyyətini yüksəltmək mümkün deyil: “Biz ticarət dəhlizinin bir hissəsiyik və bu dəhlizlə tranzit yalnız yüklərin daşınması demək deyil. Bu, ilk növbədə, yol infrastrukturunun inkişafı nəticəsində ticarət tərəfdaşlarımızla əlaqələrimizin daha tez, daha etibarlı və daha məhsuldar olması deməkdir”.

M.Tskitişvili Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlzilərini əsas yolayrıcıları adlandırıb: “Burada bizi tərəfdaşımız Azərbaycanla birləşdirəcək Kaxeti yolunu xüsusi qeyd etmək istəyirəm. Bu layihələrin ümumi dəyəri 12 milyard lari təşkil edəcək”.

Son xəbərlər

Orphus sistemi