Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı möhkəmləndirməyi prioritet kimi müəyyən edib

Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı möhkəmləndirməyi prioritet kimi müəyyən edib Gürcüstan hökuməti effektiv və balanslaşdırılmış regional siyasət yürütməyi və qonşu ölkələrə sıx əməkdaşlığı davam etdirəcək.
Region
16 Dekabr , 2020 18:58
Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı möhkəmləndirməyi prioritet kimi müəyyən edib

Gürcüstan hökuməti effektiv və balanslaşdırılmış regional siyasət yürütməyi və qonşu ölkələrlə sıx tərəfdaşlığı davam etdirəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinə təqdim olunan qətnamədə bildirilib.

Xarici siyasətə dair strateji prioritetlərin yer aldığı 14 bənddən ibarət sənəddə qeyd olunub ki, Gürcüstan üçün prioritet Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlığı, Ermənistanla mehriban qonşuluq və dost münasibətlərini möhkəmləndirməkdir.

Gürcüstan həmçinin Qara dəniz bölgəsində sülh və sabitliyi təmin etməyə, sosial-iqtisadi və mədəni əlaqələri dərinləşdirməyə də çalışacaq.

Qətnamədə o da bildirilib ki, Gürcüstan GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına xüsusi diqqət ayıracaq.

Son xəbərlər

Orphus sistemi