Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli hərbi əməkdaşlığı yüksək qiymətləndirir

Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli hərbi əməkdaşlığı yüksək qiymətləndirir “Müdafiə sahəsində Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı uğurla fəaliyyət göstərir”.
Region
1 İyun , 2022 18:46
Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli hərbi əməkdaşlığı yüksək qiymətləndirir

“Müdafiə sahəsində Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı uğurla fəaliyyət göstərir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin hökumət proqramının yerinə yetirilməsinə dair illik hesabatında bildirilib.

Qeyd edilib ki, əməkdaşlığın məqsədi regional təhlükəsizliyin möhkəmləndirilməsi, ümumi məqsəd və maraqların effektiv yerinə yetirilməsi üçün silahlı qüvvələr arasında sıx əlaqələrin qurulmasıdır.

Sənəddə deyilir ki, region ölkələri ilə balanslaşdırılmış və sabit mehriban qonşuluq münasibətləri çərçivəsində Gürcüstanın Müdafiə Nazirliyi Türkiyə, Azərbaycan və Ermənistanın müdafiə nazirlikləri ilə uğurlu əməkdaşlıq həyata keçirir.

Son xəbərlər

Orphus sistemi