Gürcüstan Avropa İttifaqına yeni səfir təyin edib

Gürcüstan Avropa İttifaqına yeni səfir təyin edib Vaxtanq Maxaroblişvili Gürcüstanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri təyin olunub.
Region
9 İyun , 2021 17:23
Gürcüstan Avropa İttifaqına yeni səfir təyin edib
Vaxtanq Maxaroblişvili

Vaxtanq Maxaroblişvili Gürcüstanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

O, həmçinin Gürcüstanın Avropa İttifaqındakı (Aİ) missiyasına da rəhbərlik edəcək.

V.Maxaroblişvili 2019-cu ilin iyulundan XİN başçısının I müavini olub.

Qeyd edək ki, Gürcüstanın Aİ-dəki keçmiş səfiri Natalia Sabanadze bu ilin martında vəzifəsini tərk edib.

Son xəbərlər

Orphus sistemi