Gürcüstan Aİ-yə üzvlüklə bağlı sorğu vərəqəsinin ilk hissəsini tamamlayıb

Gürcüstan Aİ-yə üzvlüklə bağlı sorğu vərəqəsinin ilk hissəsini tamamlayıb Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı sorğu vərəqəsinin birinci hissəsini artıq tamamlayıb.
Region
29 Aprel , 2022 13:00
Gürcüstan Aİ-yə üzvlüklə bağlı sorğu vərəqəsinin ilk hissəsini tamamlayıb

Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı sorğu vərəqəsinin birinci hissəsini artıq tamamlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri İlya Darçiaşvili brifinqdə bildirib.

Onun sözlərinə görə, siyasi və iqtisadi məsələlərin yer aldığı hissə mayın 2-də Avropa Komissiyasına təqdim olunacaq.

Anketin ikinci hissəsinə gəlincə, XİN başçısı qeyd edib ki, həmin hissə sektoral və texniki məsələlərdən ibarətdir. Onun sözlərinə görə, sonuncu hissənin doldurulması üzərində işlər davam etdirilir: “Biz sonuncu hissəni ən qısa zamanda doldurub avropalı tərəfdaşlarımızla bölüşmək üçün əlimizdən gələni edəcəyik”.

İ.Darçiaşvili vurğulayıb ki, sorğu vərəqəsinin Aİ-yə təqdim olunması üçün son tarix kimi mayın 13-ü müəyyən edilib.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu il martın 3-də Aİ-yə üzvlüklə bağlı müraciət imzalayıb. Qonşu ölkə ittifaqa üzvlüklə bağlı sorğu vərəqəsini aprelin 11-də təhvil alıb.

Son xəbərlər

Orphus sistemi