Gürcüstan Aİ-yə Batumidə sammit keçirməyi təklif edib

Gürcüstan Aİ-yə Batumidə sammit keçirməyi təklif edib "Tədbirə Ukrayna və Moldova prezidentlərini də dəvət etmək olar"
Region
20 Aprel , 2021 17:14
Gürcüstan Aİ-yə Batumidə sammit keçirməyi təklif edib

Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelə bu ilin iyulunda Batumidə birgə assosiasiya sammitinin keçirilməsini təklif edib.

“Report”un yerli bürosu xəbər verir ki, dövlət başçısı bu təkliflə Ş.Mişellə keçirdiyi birgə brifinqdə çıxış edib.

“Tədbirə Ukrayna və Moldova prezidentlərini də dəvət etmək olar. Sammitdə Avropa İttifaqı ilə birgə Gürcüstan, Ukrayna və Moldovanın təmsil oluna biləcəyi formatın müzakirəsi aparıla bilər”, - S.Zurabişvili deyib.

Son xəbərlər

Orphus sistemi