Gürcü spiker Baltikyanı ölkələrin XİN başçılarının bəyanatına cavab verib

Gürcü spiker Baltikyanı ölkələrin XİN başçılarının bəyanatına cavab verib Biz müstəqilliyi yalnız onun üçün qazanmadıq ki, postsovet ölkələri suverenliyimizi şübhə altına alsınlar.
Region
30 Dekabr , 2024 14:45
Gürcü spiker Baltikyanı ölkələrin XİN başçılarının bəyanatına cavab verib
Şalva Papuaşvili

Biz müstəqilliyi yalnız onun üçün qazanmadıq ki, postsovet ölkələri suverenliyimizi şübhə altına alsınlar.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Şalva Papuaşvili Skandinaviya və Baltikyanı ölkələrin xarici işlər nazirlərinin Gürcüstanda yeni parlament seçkiləri keçirilməsi ilə bağlı verdikləri birgə bəyanata cavab olaraq deyib.

O qeyd edib ki, bəyanatın müəllifləri arasında Estoniya və Litvanın nümayəndələri var, bu şəxslər seçki kampaniyasına müxalifətin tərəfdarı olaraq qatılıblar.

“Görünür, onlar bu seçkiləri də uduzublar və indi gürcü xalqının seçimini xarici təsir vasitələri ilə dəyişməyə çalışırlar”, - deyə Ş.Papuaşvili əlavə edib.

O, həmçinin Gürcüstanın suverenliyini heç bir şəkildə təhdid altına qoymağa icazə verməyəcəklərini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi