Gürcü professor: Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır

Gürcü professor: Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır "Xarici təsirin şəffaflığı" haqqında qanun layihəsinin qəbul edilməsi, düşünürəm ki, həm də geosiyasi rol oynayır. Qərb burada birtərəfli düşünür, amma Gürcüstan isə sadəcə öz milli maraqlarını qoruyur. Gürcüstanın milli maraqları hər şeydən öndə dayanır.
Region
6 May , 2024 12:44
Gürcü professor: Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır

"Xarici təsirin şəffaflığı" haqqında qanun layihəsinin qəbul edilməsi, düşünürəm ki, həm də geosiyasi rol oynayır. Qərb burada birtərəfli düşünür, amma Gürcüstan isə sadəcə öz milli maraqlarını qoruyur. Gürcüstanın milli maraqları hər şeydən öndə dayanır.

Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında gürcüstanlı professor, siyasi şərhçi David Aptsiauri deyib.

Professorun sözlərinə görə, "Xarici təsirin şəffaflığı" haqqında qanun layihəsi kiməsə qarşı yönəlməyib: "Burada əsas məqsəd ölkənin suverenliyini, birliyini, təhlükəsizliyini qorumaqdır. Çünki Gürcüstan kənardan gələn bütün təhlükələrdən özünü qorumaq istəyir və bunu da qanun çərçivəsində etmək niyyətindədir. Bu da başadüşüləndir, tərəfdaşlarımız olan Qərb, o cümlədən ABŞ də bunu anlamalıdır".

Siyasi şərhçi qeyd edib ki, hazırkı gərginliyə baxmayaraq, Qərb sözügedən layihə qəbul edildikdən sonra vəziyyəti başa düşəcək, görəcək ki, heç nə onlara qarşı deyil: "İndiki məqamda düşünürəm ki, əsas məsələ ölkədə stabilliyi qorumaqdır. Gürcüstan da onu edir. Hər kəs sülh istəyir. Biz ölkəmizdə sülh istəyirik. Ona görə də əminəm ki, indi bizə təzyiq göstərənlər zamanla bizi çox gözəl başa düşəcəklər. Çünki belə qanun onlarda da var. Onlar da bunu ölkədə stabilliyi qorumaq üçün qəbul edib. Eynisini indi biz edirik".

David Aptsiauri əlavə edib ki, Qərb Gürcüstanın ona qarşı xarici siyasətini dəyişə biləcəyindən ehtiyat edir.

"Onlar məhz buna görə Gürcüstana təzyiqlər göstərirlər. Amma bu, çox lazımsız təlaşdır. Çünki Gürcüstan aktiv şəkildə Avropa İttifaqı ilə əməkdaşlıq edir, eyni zamanda, Asiya ölkələri ilə də sıx əməkdaşlıq qurmağı bacarıb", - deyə ekspert vurğulayıb.

Son xəbərlər

Orphus sistemi